“Şoularda, seriallarda mənəvi dəyərlər lağa qoyulur” -SOSİOLOQ

By Admin Oca 10, 2024

“Son dövrlərdə evlilik sayları azalıb, boşanmalar kəskin artıb. Çox acınacaqlı bir vəziyyət yaranıb. Amma bu nə hökumətin, nə parlamentin, nə də cəmiyyətin vecinədir.Vəziyyət getdikcə pisləşir. Heç bir tədbir görülmür. Məsələnin ilk olaraq səbəblərinə baxmaq lazımdır. Hər hansı bir cərimələr tətbiq etməklə məsələ düzəlməyəvək.Məsələnin konkret iki səbəbi var: sosial-iqtisadi və mənəvi-psixoloji səbəblərdir. Sosial-iqtisadi səbəblər,ölkədə mövcud olan işsizlik, evsizlik problemləri gənclərin ailə həyatı qurmağına imkan vermir”

 

Bu sözləri Sonxeber.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

 

Sosioloq evliliyin həddən artıq böyük xərc tələb etdiyini bildirib:

 

“Bizim kimi xalqlarda evlilik həddən artıq böyük xərc tələb edir.Buna görə də şəraiti olmayan gənclər evlənməkdə maraqlı olmur. İkinci tərəf isə mənəvi-psixoloji deqradasiyadır. Yəni son 20 -25 ildə erkən evliliyə qarşı mübarizə adı altında gənclərə sadəcə evlənmək təbliğ edildi.İnsanlar 35 -40 yaşa çatdıqdan sonra evlənə bilmirlər.Televiziyaların, psixoloqların apardığı təbliğatlar ailə institutunu dağıtmağa hesablanıb.

 

Bu proses bütün dünyada həyata keçirilib.Evlilik və ailə anlayışı gözdən salınıb. Şoularda, seriallarda dayanmadan əyləncə və əxlaqsızlıq təbliğ olunur. Mənəvi dəyərlər isə lağa qoyulur. Gənclərdə evliliyə marağı azaldır. Onlar daha çox əylənmək və sərbəstlik istədiyi üçün ailə məsuliyyətini daşımaq istəmir. Bu hallar aradan qalxmasa, vəziyyət daha da mənfi olacaq. Çünki biz cəmiyyət olaraq artıq məhv oluruq. Əgər boşanmalar 50 faiz ə çatıbsa, bütün dəyərlər çökür. Bu da öz növbəsində cəmiyyətdə doğumun kəskin azalmasına və yaşlanma probleminin artmasına səbəb olur. Dövlət gənclərin iş sahibi olmasını, karyera qurmasını, təhsil almasını asanlaşdırmalı və dəstək verməlidir”.

 

Gülcahan Məmmədova

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?