İran İslam Respublikasının gömrük sərhəd məntəqesində Azərbaycan vətəndaşı olan 3 tır sürücüsü Bəşirov Bəşir Marif oğlu Cabbarov Qəhrəman Nadirməmməd oğlu və Əliyev Vüsal artıq 2 aya yaxındır ki gömrük xidmətində girov saxlanılır. Sürücülər bildirirlər ki özlərinə və idarə etdikləri nəqliyyat vasitələrinə aid olan bütün sənədlər qanuna uyğundur. Lakin yükün sənədində problem olduğu üçün onları gömrükdə saxlayıblar və yük sahiblərinə tərtib olunan cərimə İran dövlətinə ödənilmədikcə onları buraxmayacaqlar. Sürücülər mediamıza üz tutaraq Cənab Prezidentimizdən , Daxili işlər Nazirliyindən Baş Prokrorluğdan və Dövlət Təhlükəsizlik Xidmətindən çox böyük xaişlərlə dəstək istəyir. Onlar bildiriblər ki Azərbaycanın dövlət qurumlarının bu məsələdən xəbəri olmadığından əminik çünki bizim ölkə Başçımız və dövlət qurumlarımız əsla bu haqsiılığa qanunsuzluğa göz yummaz və öz vətəndaşını acınacaqlı vəziyyətdə qoymaz. Sürücülərin maddi ehtiyatı çoxdan bitib. Gömrükdən keçid edən Azərbaycan sürücüəeri onlara maddi cəhətdən dəstək olurlar. Artıq onlardan da hecbir şey istəməyə üzləri gəlmir. 2 aya yaxındır ki, onlar ailə üzvlərinin yanına qayıda bilmirlər. Bu heç bir qanuna uyğun deyil ki İrana məxsus olan bəzi firma ve şirkətlərin məsuliyətsiz və diqqətsiz davranışına görə bizim 3 vətəndaşımız gömrük məntəqəsində girov saxlanılmalıdır əziyyət çəkməlidir. İran İslam Respublikasına aid olan dövlət qurumları sürücülərimizi başından edərək bir birinə yönəldirlər. Onlar sürücülərə günahsız olduqlarını bildirirlər Ancaq İran İslam Respublikasına aid olan gömrük sərhəd xidməti bunu dəstəkləmir.
Hazırladı : Region muxbiri Amil Hüseynov