Şeyxa Moza bint Nasir UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verib

By Admin Kas16,2023

Əlahəzrət Şeyxa Moza bint Nasir (Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin həyat yoldaşı) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatın (UNESCO) xoşməramlı səfiri vəzifəsindən istefa verib.

 

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Şeyxa Mozanın UNESCO-nun Yaxın Şərqdə baş verən gərginliyin fonunda Qəzzadan olan uşaqları xilas etmək və onlara yardım göstərməkdə öz rolunu yerinə yetirə bilmədiyini söyləməsindən sonra verilib.

 

Əlahəzrət Şeyxa Moza bu qərarı noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısı zamanı elan edib.

 

Qeyd edək ki, Şeyxa Moza bint Nasir qlobal səviyyədə təhsili dəstək vermək üçün 2003-cü ildən bəri BMT ilə birgə fəaliyyət göstərirdi.

 

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azuleyə məktub ünvanlamışdı.

 

Şeyxa Moza bint Nasirin xoşməramlı səfir vəzifəsindən imtinasının səbəbləri bir daha göstərir ki, dünyada davam edən ikili standartlar UNESCO-dan da yan keçməyib. Bu təşkilat Azərbaycana münasibətdə də ikili standartlardan çıxış edib. Torpaqlarımız işğal altında olanda Azərbaycan həmin ərazilərə faktaraşdırıcı missiyanın göndərilməsi və dağıdılmış ərazilərimizə baxış keçirilərək erməni cinayətlərinin qeydiyyata alınması ilə bağlı UNESCO-ya və digər beynəlxalq təşkilatlara dəfələrlə çağırışlar edib. Amma nə UNESCO, nə də digərlərinin nümayəndələri bu çağırışa heç bir reaksiya vermədi.

 

Hazırda Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bir daha UNESCO-ya nümayəndələrini işğaldan azad olunmuş ərazilərimizə göndərilməsi təklifini irəli sürüb. Lakin UNESCO yenə də dağıdılmış tarixi-mədəni abidələrimizin real vəziyyətini qiymətləndirmək üçün missiya göndərməkdən çəkinir. Məhz işğaldan azad edilmiş ərazilərimizdə azərbaycanlıların tarixinə və mədəniyyətinə təşkilatın belə laqeyd yanaşması Ermənistan ərazisində qalmış abidələrimizin dağıdılmasının davam etdirilməsinə də yol açıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?