“Sarirnews”: İranın ali lideri həmişə Qarabağın Azərbaycana məxsus olduğunu vurğulayıb

By Admin Kas13,2023

İranın “Sarirnews” informasiya agentliyi Azərbaycanın Zəfər Günü münasibətilə ölkəmizin Təbrizdəki baş konsulluğu tərəfindən təşkil olunan tədbir haqqında geniş məqalə dərc edib.

 

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, məqalədə qeyd olunub: “İranın Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini ifadə edərək söyləyib: “İslam İnqilabının Ali Rəhbəri hər zaman Qarabağın işğal edilmiş ərazilərinin boşaldılmasının və Azərbaycana məxsus olan bu torpaqların əsl sahibinə təhvil verilməsinin vacibliyini vurğulayıb”.

 

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov tədbirdə çıxışı zamanı Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların xatirəsini anaraq deyib: “Azərbaycan xalqı hər zaman öz müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəni davam etdirib. Bu mübarizə nəticəsində əzəli Azərbaycan torpağı olan Qarabağ düşməndən azad edilib. Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixinin ən qiymətli səhifələrindən biridir. Prezident İlham Əliyevin komandanlığı ilə qəhrəman Ordumuz torpaqlarımızın azad edilməsi əzmini bütün dünyaya nümayiş etdirib”.

 

Məqalədə vurğulanıb ki, tədbir çərçivəsində Azərbaycanın Zəfər Gününə həsr edilmiş fotosərgi iştirakçıların böyük marağına səbəb olub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?