Sankt-Peterburqdakı Azərbaycan icması şəhər ictimaiyyətini birliyə çağırıb

By Admin Eki16,2023

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan icması millətlərarası münasibətlərə və milli-mədəni müxtəlifliyə böyük zərbə vuracaq xoşagəlməz insidentlə bağlı şəhər ictimaiyyətinə müraciət edib.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai birliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanlı Gənclər Birliyinin adından yayılmış bəyanatda bildirilib ki, azərbaycanlılar Sankt-Peterburq şəhərinin günahsız sakinlərinə hücumda iştirak etməsi ilə bağlı videoları çəkilən gənclərin əməllərini qətiyyətlə və hiddətlə pisləyir: “Bu hərəkətlər dərin hiddət və narazılıq doğurur. Bu gənclərin əməlləri dəyərlərimizə ziddir, nifrət doğurur, millətlərarası harmoniyanın əsaslarını sarsıdır”.

Nəzərə çatdırılıb ki, bu insident Sankt-Peterburqda və Leninqrad vilayətində millətlərarası münasibətlər üçün mümkün mənfi nəticələrlə bağlı narahatlıqları da artırıb. Çünki bu cür hərəkətlərin uzun müddət harmoniya şəraitində yaşayan müxtəlif mədəniyyətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın və tolerantlığın pozulmasına gətirib çıxarmasına yol vermək olmaz: “Şəhərimizin bütün vətəndaşlarını həmrəyliyə və əməkdaşlığa çağırırıq. Biz asayişi qorumalı, eyni zamanda cəmiyyətdə millətlərarası münasibətlərin möhkəmlənməsinə çalışmalıyıq”.

Azərbaycanlı Gənclər Birliyi şəhər ictimaiyyətini qanunlara əməl etməyə, həmrəyliyə və tolerantlığa çağırıb: “Biz ədalətə və qanuna inanırıq. Bildiyimiz kimi, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bu hadisə ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib. Bu, təqsirkarların müəyyən edilməsi və qanun qarşısında məsuliyyətə cəlb edilməsi istiqamətində mühüm addımdır. Ədalətin bərqərar olacağına və günahkarların məsuliyyətə cəlb ediləcəyi əminliyi ilə sizə müraciət edirik. Bu cür insidentləri pisləyək, çoxmillətli və çoxkonfessiyalı gözəl şəhərimizdə sülh və əmin-amanlığı qoruyaq! Biz qanuna və insan həyatına hörmət etməyə, müxtəlif mədəniyyətlər və millətlər arasında həmrəyliyə və tolerantlığa çağırırıq”.

Qeyd edək ki, bəzi bloggerlərin məlumatlarında və teleqram kanallarında etnik azərbaycanlılardan ibarət quldur dəstəsinin yerli sakinlərə hücumlar etməsi, bu cinayətləri diasporun və polislərin ört-basdır etməsi barədə məlumatlar yayılıb. İnternetdə Sankt-Peterburqda yaşayan azərbaycanlıları yolverilməz üsullarla cəzalandırmağa dair qorxunc və təhlükəli çağırışlar yer alıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?