Şairə Sevinc Çılğının sənət gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində şairə Sevinc Çılğının “Adagio” adlı sənət gecəsi keçirilib.

 

“Report” xəbər verir ki, gecədə Xalq artisti İlqar Muradov, Əməkdar artistlər Gülüstan Əliyeva, Dilarə Əliyeva, müğənnilər Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və digər qonaqlar çıxış ediblər.

 

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səsləndirilib. Həmçinin müğənnilər şairənin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.

 

Muğam Mərkəzinin foyesində şairənin yeni “Adagio” kitabının təqdimatı da baş tutub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?