Sənaye məhsulunun 68,1 faizi mədənçıxarma sektorunda istehsal edilib

By Admin Kas18,2023

Bu ilin yanvar-oktyabr aylarında neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artıb.

 

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 68,1 faizi mədənçıxarma, 26,6 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

 

Cari ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,6 faiz, real ifadədə 6,2 faiz artaraq 2 milyard 434,3 milyon dollara bərabər olub.

 

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,3 faiz), Türkiyəyə (26,0 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (4,6 faiz), Qazaxıstana (3,2 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,9 faiz), Özbəkistana (1,4 faiz), Qırğızıstana (1,3 faiz), Rumıniyaya (1,2 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,0 faiz), Latviyaya (1,0 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?