Səhiyyədə bir çox problemlər arxa plana keçib – ÜST

By Admin Haz 4, 2023

#SAĞLAMLIQ

Son illər ümumdünya səviyyəsində səhiyyə sahəsində əsas göstəricilər üzrə durğunluq müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə ÜST-nin illik “Dünya səhiyyə statistikası” hesabatında bildirilib.

Hesabat müəllifləri qeyri-infeksion xəstəliklərin (QİX) artan təhdidi və iqlim dəyişməsinin mənfi nəticələri haqqında xəbərdarlıq edirlər.

Hesabatda deyilir ki, yekunda pandemiya 337 milyon ömür ilinin itirilməsi ilə nəticələnib. Bütün qüvvələr koronavirusla mübarizəyə atıldıqda, səhiyyə sahəsində bir çox problemlər arxa plana keçib, onlara lazımi diqqət yetirilməyib, bu da göstəricilərin durğunluğuna gətirib çıxarıb.

Pandemiya səbəbindən malyariya və vərəmə yoluxma halları üzrə göstəricilərin yaxşılaşdırılması tendensiyası geriyə çevrilib. Belə ki, vərəmə yoluxma hallarının sayının azalmasına gəldikdə, 2015-2021-ci illərdə vərəmin aradan qaldırılması üzrə Strategiya ilə 2025-ci ilə planlaşdırılan həddə gedən yolun yalnız beşdəbir hissəsi qət edilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?