Sədərək voleybolçuları muxtar respublika turnirinin qalibi olublar

 

“Heydər Əliyev İli” çərçivəsində 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kişilər arasında voleybol üzrə muxtar respublika turniri başa çatıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın son oyun günündə keçirilən üçüncülük və final matçlarından sonra mükafatçılar bəlli olub.

 

Üçüncü yer uğrunda görüşdə “Şərur”u 3:0 hesabı ilə üstələyən “Naxçıvan” bürünc medallara sahib çıxıb.

 

Günün ikinci yarısı turnirin bədii hissəsi çərçivəsində Naxçıvan Dövlət Filormaniyasının ifaçı və rəqqasları tamaşaçılar önündə konsert proqramı ilə çıxış ediblər. Ümummilli Liderə və Vətənə həsr olunmuş mahnılar səsləndirilib.

Sonra həlledici görüş – final matçı reallaşıb. “Sədərək” – “Culfa” qarşılaşmasında sədərəklilər 3:1 hesabı ilə üstün olmaqla turnirin qalibi olublar. “Culfa” gümüş medallara yiyələnib.

 

İlk üç yerin sahiblərinə diplom, medal, kubok və hədiyyələr, fərqlənən voleybolçulara fəxri fərman verilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və federasiyanın baş katibi Rahil Tahirli təqdim ediblər.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?