Mbappe “Real”a transfer üçün ilk addım atdı

By Admin Oca 2, 2024

PSJ-nin hücumçusu Kilian Mbappe Madriddə ev bron edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumat onun “Real”a mümkün transferi fonunda təqdim edilib. Əvvəllər 25 yaşlı fransalı futbolçunun İspaniya klubu və prezidenti Florentino Pereslə birbaşa əlaqəsi olduğu haqda məlumat yayılıb.

İlkin məlumatlara görə, “Real Madrid” Mbappeyə qərar vermək üçün yanvarın 15-dək vaxt verib – onlar yalnız futbolçunun azad agent kimi transferinə ümid edirlər. Parislilərin uzatmağa çalışdığı Kilianın PSJ ilə müqaviləsi yayda başa çatır.

Bu mövsüm Mbappe Liqa 1-də PSJ-nin heyətində 16 oyuna çıxıb və 18 qol vurub. Forvardın həmçinin Çempionlar Liqası matçlarında 6 matçda və 3 qol vurub.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?