Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib.

Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb.

V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib.

Qubernator həmçinin itki olmadığını söyləyib.

Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa bağlanıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?