Rusiyada qatarla yük avtomobili toqquşub, 3 nəfər ölüb

Rusiyanın İrkutsk vilayətində dəmir yolu keçidində sərnişin qatarı ilə yük avtomobilinin toqquşması nəticəsində lokomotiv briqadasının iki üzvü və yük maşınının maşinisti ölüb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Şərqi Sibir Dəmir Yolunun (ESJD) korporativ rabitə xidməti məlumat yayıb.

Qatar sərnişinləri tibbi yardıma müraciət etməyiblər.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün hadisə yerinə bərpa qatarı göndərilib. Şərq dəmir yolu komissiyası hadisənin səbəblərini aydınlaşdırmaq üçün yola düşüb. Sərnişin qatarlarının hərəkətində gecikmələr gözlənilir.

 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?