Rusiyada “Checkmate” qırıcılarının istehsalı üçün hazırlıqlara başlanılıb

0

Rusiyada beşinci nəsil “Checkmate” yüngül qırıcılarının ilk nümunələrinin istehsalı üçün hazırlıq işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rostek” dövlət korporasiyasından məlumat verilib.

Bildirilib ki, layihə 2021-ci ildə təqdim olunub, lakin sonra ona dəyişiklik edilib. Layihə sənədləri artıq istehsal üçün zavoda verilib.

Daha öncə bildirilmişdi ki, korporasiya “Checkmate” yüngül taktiki təyyarəsinin üç yeni modifikasiyasının yaradılması üzərində işləyir. Söhbət tək, ikiqat və pilotsuz versiyalardan gedirdi.

“Checkmate” Rusiyanın beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi olacaq. Bu təyyarə “Su-57” qırıcısına alternativ olaraq görülür.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WordPress PopUp Plugin
whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?