Rusiya XİN rəhbəri: “Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır”

By Admin Ara 28, 2023

“Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır”.

 

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir:

 

“Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır.

 

Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri bölgədə sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır – İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?