Rusiya XİN: “Ermənistan qərbdəki “dostlarına” etibar etməməlidir”

By Admin Ara 6, 2023

“Rusiya Xarici İşlər Nazirliyi Ermənistan vətəndaşlarını qərbli “dostlarının” yalanlarına inanmamağa çağırıb.

 

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

“Qərb aldatmağı yaxşı bilir. Mən Ermənistan xalqının yenidən qərbli “dostları” tərəfindən aldadılmasını istəmirəm”, – deyib.

 

Nümunə kimi Zaxarova Ermənistana Fransadan hərbi texnikanın gətirilməsini qeyd edib.

 

“Fransaya gəlincə, bu “Bastion” zirehli maşınları qeyri-likviddir. Ermənistana Qərb tərəfindən saxta silahlar verilir. Niyə saxtadır? Çünki müxtəlif ölkələrdə istehsal olunan bu hərbi texnika heç vaxt müdafiə qabiliyyətinin artırılmasına töhfə verməyib”, – o vurğulayıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?