Rusiya Odessa vilayətində taxıl anbarlarına zərbə endirib

Rusiya Odessa vilayətində taxıl anbarlarına zərbə endirib.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, gecə saatlarında Rusiya hərbçiləri Odessa vilayətində taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. PUA-lar Azov dənizinin şərq sahilindən qaldırılıb.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri “Şahed-136/131” tipli 9 pilotsuz uçuş aparatlarını məhv edib. “Düşmən Dunay regionunda taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə zərbələr endirib. Anbarlarda yanğın baş verib, yanğın tez bir zamanda lokallaşdırılıb. Yanğınsöndürənlər işlərini davam etdirirlər. Mülki əhali arasında itki yoxdur”, – məlumatda deyilir.

Qeyd edək ki, Rusiya “Taxıl sazişi”ndən geri çəkildikdən sonra Ukrayna limanlarını və taxıl infrastrukturunu aktiv şəkildə atəşə tutur.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?