Rusiya MN: “Belqorodda qəzaya uğrayan təyyarədə 65 ukraynalı əsir olub” – YENİLƏNİB-2

By Admin Oca24,2024 #dunyaxeberleri

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib.

“Report” xəbər verir ki, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.

Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da edib: “Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.

Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi də tövsiyə edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?