Rusiya ilə Azərbaycan arasında milli valyutada qarşılıqlı hesablaşmalar 54 %-i ötüb

By Admin Şub 12, 2024

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi proqnozları üstələyərək 4,4 milyard dollara çatıb.

 

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

 

“2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Ancaq yanıldıq. 4,4 milyard dollar olub, 17 faiz artım”, – diplomat vurğulayıb.

 

Onun sözlərinə görə, sanksiyalar ölkələr arasında “münasibətlərin daha da sıxlaşmasına” gətirib çıxarıb. Səfir ticarət dövriyyəsindəki artımın Rusiyanın paralel idxal siyasəti ilə əlaqəli olmadığına da işarə edib:

 

“Sanksiyalar ona gətirib çıxarıb ki, münasibətlərimiz daha da sıxlaşıb, biz sənaye kooperasiyasında çox ciddi layihələr gerçəkləşdiririk. 17 faizlik artım nəyinsə Azərbaycan vasitəsilə reeksportu deyil, bunlar xüsusən sənaye kooperasiyası üzrə böyük layihələrdir”.

 

“Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından istifadə 54 faizi ötüb, yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, – diplomat söyləyib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?