“Report” İA “NETTY 2023” Milli internet mükafatının qalibi olub

“NETTY 2023” Milli internet-mükafatları qaliblərə təqdim edilib.

 

“Report” xəbər verir ki, İnformasiya və Xəbərlər nominasiyası üzrə “Baku TV-Ru”, “Report.az” qalib seçiliblər.

 

Belə ki, “Baku TV-Ru” ən yaxşı sosial media, “Report.az” isə ən yaxşı sayt seçilib.

 

Mükafatlandırma mərasimində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib: “Biz “NETTY” mükafatına layiq görüldüyümüz üçün fəxr edirik. Bundan sonra da çalışacağıq ki, oxucularımızı operativ, ən əsası dürüst xəbərlərlə təmin edək”.

 

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycanın NETTY-2023 Milli İnternet Mükafatı başlayıb.

 

2004-cü ildə yaradılan NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirərək mükafatlandırır və bu il 18-ci dəfə keçirilir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?