Razi Əliyevanı döyən biznesmenin məhkəməsində GÖZLƏNİLMƏZ İDDİA – Qərar açıqlandı

By Admin Oca19,2024

Model Raziyat Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsinin prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət müzakirə edilib. Vəkilin vəsatəti qismən təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Bildirilib ki, şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edə bilən hissələrdə məhkəmə qapalı keçiriləcək.

 

Prokuror Cövdət Mehrəliyev cinayət işinin ibtidai araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini qeyd edərək işin məhkəmə baxışına verilməsini istəyib.

 

Təqsirləndirilən Ziya Hüseynzadə isə həbsinin sifarişli olmasını iddia edib və bunu sübut edən sənədləri məhkəməyə təqdim edəcəyini deyib.

 

Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan edərək məhkəmə baxışını yanvarın 22-nə təyin edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?