Rəşad Məhəmmədoğlu

By Admin Oca29,2024
  • Rəşad Məhəmmədoğlu
    Q A Z İ
  • Sən ey, Vətən balası,
    Yerin Türkün obası.
    Səngərin bəz qalası,
    Dağılmaz topla, qazi.
  • Bir ocaq qurdun gəldin,
  • Nura sarıldın, gəldin,
  • Yurdumu aldın gəldin,
  • Boz dəmir atla, qazi.
  • Qan əkdin, can itirdin,
  • Torpaqda gül bitirdin,
  • Neçə qardaş itirdin,
  • Çəkdiyin ahla, qazi.
  • Ax! qurumur göz yaşın,
  • Daşıdın vətən daşın,
  • Neçə döyüş yoldaşın,
  • Şəhiddir qanla, qazi.
  • Alsan da intiqamı,
  • Düşmənin sağdır canı.
  • Müharibə izdihamı,
  • Bitməz qisasla, qazi.
  • Nifrədindən od saçır,
  • Düşmənin qaçır…qaçır,
  • Azadlığın yol açır,
  • Turana çağla qazi.
  • Ey, şanlı qəhrəmanım,
  • Gəl, başına dolanım.
  • Övladısan zamanın,
  • Şərəfli adla, qazi.
  • Azərbaycan qucağın,
  • Torpağın yurd ocağın,
  • Əldə zəfər bayrağın,
  • Ucalsın, saxla, qazi.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?