- Rəşad Məhəmmədoğlu
Q A Z İ - Sən ey, Vətən balası,
Yerin Türkün obası.
Səngərin bəz qalası,
Dağılmaz topla, qazi. - Bir ocaq qurdun gəldin,
- Nura sarıldın, gəldin,
- Yurdumu aldın gəldin,
- Boz dəmir atla, qazi.
- Qan əkdin, can itirdin,
- Torpaqda gül bitirdin,
- Neçə qardaş itirdin,
- Çəkdiyin ahla, qazi.
- Ax! qurumur göz yaşın,
- Daşıdın vətən daşın,
- Neçə döyüş yoldaşın,
- Şəhiddir qanla, qazi.
- Alsan da intiqamı,
- Düşmənin sağdır canı.
- Müharibə izdihamı,
- Bitməz qisasla, qazi.
- Nifrədindən od saçır,
- Düşmənin qaçır…qaçır,
- Azadlığın yol açır,
- Turana çağla qazi.
- Ey, şanlı qəhrəmanım,
- Gəl, başına dolanım.
- Övladısan zamanın,
- Şərəfli adla, qazi.
- Azərbaycan qucağın,
- Torpağın yurd ocağın,
- Əldə zəfər bayrağın,
- Ucalsın, saxla, qazi.