Rəşad Məhəmmədoğlu
B İ G A N Ə Y Ə M
Gecədir oturub səssiz otaqda,
Sənin həsrətindən şe’r yazıram .
Sükuta bürünüb sakit otaq da,
Yanımda xəyalın deyir, yazıram.
*
Düşüb ilhamımın sərt təsirinə,
Qələmim əlimdən əldə od saçır.
Gah da bir milçəyin uçan səsinə,
Ürkək xəyallarım özümdən qaçır.
*
Sevgiylə ötüşən o keçmişimiz,
Bu gecə nədənsə düşüb yadıma.
Niyə çətinliyə düşdü işimiz?
Arzumuz puç oldu eşqin oduna.
*
Çıxarıb cibimdən mən gizli-gizli,
Baxıram üzümə gülən şəklinə.
Deyirlər olmuşam lap qaraüzlü,
Biganə deyirlər dönüklüyümə.
*
Hərdən öz balamı qucaqlayaraq,
Alıb ağuşüma qəlb oxşayıram.
O, gülən üzümə, gülür baxaraq,
Mən isə içimdə dərd daşıyıram.
*
Bəlkədə ən xoşbəxt insan inçində,
Həsrətlə döyüşən bir, yeğanəyəm.
Sevsəm də yuvamı “sən” var içimdə
Təmiz bir sevgiyə çox biganəyəm.