Əsas Xəbərlər
13 Temmuz 2024

Rəşad Məhəmmədoğlu

By Admin Oca29,2024

Rəşad Məhəmmədoğlu
Bayatılar

Bu nə dərtdir qağa, mən,
Lap olmuşam çağa mən,
Dağ da məni yandırır,
Söykəndikcə dağa mən.
*
Dedim yara, tək məni,
Öz yanına çək məni.
Onu sevdim həmişə,
Bir gün etdi tərk məni.
*
Bəyənmədi nəyimi?
Edərdim köməyimi,
Heyif ki bu zəhmətə,
Qız yedi əməyimi.
*
Yolum oyma-oymadı,
İçim qıyma-qlymadı.
İstədim ki, can verəm,
Allah cana qıymadı.
*
Bəxti yozduq həmişə,
Eşqə azdıq həmişə.
Sevənlər yaşadıqca,
Biz də yazdıq, həmişə.
*
Deyir, həyat boşadı,
Xeyirlə şər qoşadı.
Belə dərdli yazanda
Qınamayın Rəşadı.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?