Qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs ölüb – YENİLƏNİB 2

By Admin Mar2,2024

Cinayət hadisəni törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.

 

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Xatırladaq ki, Nicat Salahovu qətlə yetirməkdə şübhəli bilinən Ceyhun Rzayev intihara cəhd etmişdi.

 

19:10

Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə cinayət işi açılıb.

 

Sumqayıt şəhər prokurorluğundan “Report”a bildirilib ki, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

18:57

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində qətl hadisəsi törədilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

 

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

 

Araşdırma aparılır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?