Qlobal e-ticarət bazarlarını hədəfləyən KOB-lar üçün təlimlər keçiriləcək

By Admin Eyl25,2023

“EU4Digital” layihəsi çərçivəsində 5 ən perspektivli kiçik və orta biznes sahibkarı elektron ticarət təlimləri üçün seçiləcək.

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlər qrup və individual mərhələdə baş tutacaq və rəqəmsal marketinq, Amazon, Etsy, Ebay kimi iri e-ticarət platformalarında qeydiyyat prosesi, məhsulların yerləşdirilməsi, Avropa İttifaqı ərazisində e-ticarət qanunları, biznes idarəetmənin hüquqi və inzibati xüsusiyyətləri və digər mühüm mövzuları əhatə edəcək.

 

Qeyd edək ki, e-ticarət təlimləri onlayn formatda baş tutacaq.

 

Seminarda iştirak üçün son müraciət tarixi sentyabrın 27-dədir. Layihədə iştirak şərtləri və müraciət üçün link: bit.ly/46fBbWq .

 

“EU4Digital” təşəbbüsü Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) birgə siyasət təşəbbüsünə daxil olan ölkələrdə rəqəmsal transformasiya və rəqəmsal bazarların uyğunlaşdırılmasına dəstək verən əsas regional proqramıdır. “EU4Digital” layihəsi Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Aİ-nin Vahid Rəqəmsal Bazarının faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirməyi nəzərdə tutur. Daha güclü rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafı vasitəsilə daha çox iş yerləri yaratmaq, iqtisadi artım əldə etmək, sahibkarlıq müəssisələrinə kömək etmək və ŞT ölkələri vətəndaşlarının həyatını yaxşılaşdırmaq mümkün olacaq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?