Qızılca xəstəliyinin yaratdığı fəsadlar açıqlanıb

By Admin Ara 6, 2023

“Qızılca xəstəliyinə yoluxan hamilələr vaxtında həkimə müraciət etməli, fəsadların olub-olmaması izlənilməlidir”.

 

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.

 

O qeyd edib ki, qızılca əleyhinə peyvənd canlı növ olduğundan ona peyvənd vurulması əks-göstərişdir.

 

T.Eyvazov əlavə edib ki, qızılcanın yaratdığı fəsadlar arasında pnevmoniya, tənəffüs yolları infeksiyaları, qulaqağrısı, limfa düyünlərinin iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi yer alır: “Bundan başqa, qızılca orqanizmdə immun sistemini xeyli zəiflədir. Digər bakterial infeksiyalar da virusa qoşulsa, antibiotik müalicəsi qaçılmaz olur. I doz peyvənd 95 %, II doz isə 95 %-dən yuxarı qoruyur”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?