Qırğızıstan bayrağına dəyişiklik edilib

By Admin Ara 20, 2023

Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib.

 

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

 

Dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. İndi bayrağın dalğalı şüaları əvəzinə düz şüaları var. Bu təşəbbüsü ölkə Prezidenti Sadır Japarov irəli sürüb.

 

“Bəlkə bayrağımızın görünüşünə yenidən baxmağın vaxtı çatıb. Bu təcrübə dünyanın bir çox ölkələrində var”, – deyə Prezident respublika müşavirəsində bildirib. O əlavə edib ki, “əvvəllər cəmiyyətdə respublikanın bayrağının günəbaxan kimi görünməsi ilə bağlı fikir var idi. Hətta bəzən gələn xarici qonaqlar belə deyirdilər ki, bu halda respublikada yəqin ki, çoxlu günəbaxan yetişir”.

 

Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış edib.

 

Dekabrın ortalarında isə Qırğızıstan Prezidenti Sadır Japarov bildirmişdi ki, spikerə bayrağın dəyişdirilməsini məhz onun özü təklif edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?