Qaxın İbadlı kəndinin acınaqcaqlı vəziyyəti!

By Admin Oca29,2024

Sizlərə növbəti xəbərimiz, Azərbaycanın şimal bölgəsi sayılan,dilbər guşələrimizdən olan,səfalı Qax rayonunun İbaxlı kəndindəndir.O kənd ki,orada 300-ə yaxın ailə yaşayır.Düzünü desək yaşamaq yox,sözün əsl mənasında sürünür.İnsanın yaşaması üçün ən əsas və əvəzedilməz nemət olan içməli su da çox çətinliklə tapılır.Hələ bir üstəlik evlərinin də buz baglamış divarları, onların yaşamaga olan həvəslərini tamamilə alt-üst edib,xarabalığa çevirir.Belə olan halda da əhali üz çevirir meşə massivinə,təbiətin faunasına ciddi zərər vuraraq evini isitmək üçün alternativ yollar axtarır.Hələ bu azmış kimi,oradan da dogradıqları odunları bir qazelə və ya traktorun yük qoşqusuna yüklətdirib 300 AZN qarşılığında gətirib boşaldırlar həyətlərinə ki,bəlkə canları qızar.Dəfələrlə aidiyyəti qurumlar bu məsələ ilə məlumatlandırılsa da məsələ öz həllini hələ də tapmayıb.Ümidvaram ki,onlinexeber.com saytı kollektivinin işıqlandırdığı bu məsələ,qısa bir vaxt ərzində öz həllini tapacaq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?