“Qarabağ”ın prezidenti: “Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar”

“Bugünkü oyunumuz çox baxımlı alındı. Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar”.

 

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Funksioner möhtəşəm qalibiyyət əldə etdiklərini bildirib: “Bu gün qələbə qazanmaq çox önəmli idi. Qurban müəllimlə danışmışdıq. Ona demişdim ki, zəfər ruhumuz oyunumuza təsir etməlidir. Taktiki cəhətdən hazırlıqlı idik. Bütün komandanı təbrik edirəm”.

 

Tahir Gözəl rəqib qapıçının bir neçə dəfə qurtarış etdiyini xatırladıb: “Onu təbrik etmək lazımdır. Möhtəşəm toplar çıxarırdı. Əsas olan odur ki, biz 3 xalımızı aldıq. Amma ən azı üç qol vura bilərdik”.

 

Klub prezidenti Avropa Liqasında iddialı olduqlarını vurğulayıb: “Bacardığımız qədər irəli gedəcəyik. Bu il daha da yaxşı formadayıq”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?