“Qarabağ”ın legionerləri ölkələrinin milli komandalarına dəvət alıblar

Qarabağın legionerləri ölkələrinin milli komandalarına dəvət alıblar

“Qarabağ” klubunun legioner futbolçuları milli komandalara dəvət alıblar.

Ağdam təmsilçisindən “Report”a verilən məlumata görə, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.

Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.

Qeyd edək ki, daha əvvəl qapıçı Luka Quqeşaşvili Gürcüstan yığmasından dəvət almışdı.

 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?