“Qarabağ”ın bir əsrdən çox yaşı olan rəqibi: maddi sıxıntılarla üzləşmiş 7 qat ölkə çempionu

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniya “Olimpiya”sı 1911-ci ildə yaradılıb.

“Report” xəbər verir ki, yeddiqat ölkə çempionu ev oyunlarını Lyublyana şəhərindəki 16 min azarkeş tutumuna malik “Stojitse” stadionunda keçirir.

Klubun prezidenti Adam Delius, baş məşqçisi isə portuqaliyalı Joau Enrikeşdir.

“Olimpiya” 2004-cü ildə maliyyə problemləri ilə üzləşib. Həmin mövsümü çətinliklə başa vurmağı bacarıb. Mövsümün sonunda klub maddi sıxıntılar ucbatından buraxılıb və bir müddət aşağı liqalarda mübarizə aparıb. 2008/2009 mövsümündə isə yenidən əsas çempionata vəsiqə qazanıb.

“Köhlən atlar” daha əvvəl də avrokuboklarda bu komanda ilə üz-üzə gəlib. Ağdamlılar 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Lyublyana təmsilçisini iki matçın nəticəsinə əsasən üstələyib – 1:0, 0:0.

Azərbaycan komandalarından “Qarabağ”dan başqa, fəaliyyətini dayandırmış “Şəfa” da “Olimpiya” ilə qarşılaşıb. 2001/2002 mövsümündə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Sloveniya klubu hər iki oyunda darmadağınla qələbə qazanmışdı – 4:0, 3:0.

“Əjdahalar” 1991/1992, 1992/1993, 1993/1994, 1994/1995, 2015/2016, 2017/2018 və 2022/2023 mövsümündə Sloveniya çempionu olub. Komanda 1993, 1996, 2000, 2003, 2018, 2019 və 2021-ci illərdə ölkə kubokuna sahib çıxıb.

Cari mövsümə qitənin bir nömrəli klub turnirində başlayan “yaşıl-ağlar” Latviya “Valmiera”sı və Bolqarıstan “Ludoqorets”ini məğlub etsə də, III təsnifat mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray”a yenilib.

Qeyd edək ki, “Qarabağ” “Olimpiya”ya qarşı ilk oyunu avqustun 24-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?