“Qarabağ” Azərbaycan çempionatında yeni rekorda imza atıb

By Admin Ara19,2023

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

 

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

 

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

 

Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

 

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?