Qalaktikada yeni tip ulduz kəşf olundu

Böyük Britaniya, Braziliya, Çili, Almaniya, Cənubi Koreya və İtaliyadan olan astronomlar tez-tez püskürmələr müşahidə olunan protoulduzların tədqiqatı çərçivəsində Çilidəki Vista və VLT teleskopunda 222 ulduzun müşahidəsini apararaq, bir cəhddə 32 belə protoulduz aşkar ediblər.

 

Bu barədə Sonxeber.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Bildirilib ki, müşahidə olunan fərqli obyektlər bu nəticəni kölgədə qoyub. 10 il ərzində davamlı izlənən ulduzlardan 21 qırmızı nəhəng ulduzun parlaqlığının spesifik dəyişkənliyi aşkar olunub. Bu ulduzlar Yerdən 30 000 işıq ili məsafədə yerləşir və saylarının daha çox olduğu güman olunur.

 

Tədqiqat işinin müəlliflərindən olan Filip Lukasın sözlərinə görə, heç bir aktivlik göstərməyən bu ulduzların parlaqlığı anidən 40-100 dəfə zəifləyir. Onları hətta infraqırmızı diapazonda belə qeyd etmək çox çətin olur. Bir neçə ildən sonra isə onlar əvvəlki parlaqlığa qayıdırlar.

 

Fərz olunur ki, “qatı duman”a bənzər maddə atılmaları bu ulduzların ətrafında “bulud” yaradaraq parlaqlığını zəiflədir. Prosesin mexanizmi isə hələki aydın deyil. Hal-hazırda məlum olan qalaktikanın bu bölgəsində ağır elementlərin miqdarının daha çox olmasıdır ki, bu da ulduzların atmosferində daha çox toz yaradır. Əgər mülahizələr özünü doğruldarsa, belə qənətə gəlmək olar ki, bu ulduzlar bizim qalaktikada və ondan kənarda fəzanın ağır elementlərlə zənginləşdirilməsində çox mühüm rol oynayırlar. Qeyd edək ki, tədqiqat işi “Monthly Notices of the Royal Astronomical Society” jurnalında çap olunub.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?