Putin: “Kasetli bombalardan bizə qarşı istifadə olunarsa, cavab vermək hüququmuz var”

Putin Rusiya ordusunun müxtəlif tipli kasetli sursatları ilə kifayət qədər təchiz olunduğunu da xatırladıb.
BAKI, 16 iyul – Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya kasetli bombalarının tədarükünə münasibət bildirib.
APA xəbər verir ki, “Rossiyа” telekanalına müsahibəsində Putin bildirib ki, ABŞ özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır.
Onun sözlərinə görə, ABŞ bunu sursat çatışmazlığına görə edir: “Onların sursatlarla bağlı çatışmazlığı var. Xatırladım ki, Ukrayna ordusu gün ərzində hərbi əməliyyatlarda 5-6 min 155 kalibrli sursat sərf edir. ABŞ isə ayda 15 min ədəd 155 kalibrli sursat istehsal edir”.
Rusiya prezidenti ölkəsinin kasetli sursatlarından istifadə etməyə hələ ehtiyacının olmadığını söyləyib: “Lakin onlardan bizə qarşı istifadə olunarsa, bizim cavab vermək hüququmuz var” .
Putin Rusiya ordusunun müxtəlif tipli kasetli sursatları ilə kifayət qədər təchiz olunduğunu da xatırladıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?