“Prius”u polislərin üzərinə sürən şəxsə 9 il cəza verildi

By Admin Eki26,2023

“Prius” markalı avtomobili polislərin üzərinə sürməkdə ittiham olunan 36 yaşlı Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sonxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Qurbanov özgənin əmlakını qəsdən zədələməkdə, xuliqanlıqda, qanunsuz narkotik dövriyyəsində və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nəsimi rayonunda qeydə alınıb.

R.Qurbanov həmin gün Metronun “Əcəmi” stansiyası yaxınlığında “Toyota Prius” markalı avtomobili ilə avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə avtomobili nömrəsiz idarə edən sürücünün yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?