Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada İsa bulağında olublar

By Admin Kas8,2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada İsa bulağında olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma İsa bulağının ətrafında görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Şuşa şəhərindən 4 kilometr məsafədə, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə, meşədə yerləşən İsa bulağı Azərbaycan təbiətinin nadir incilərindən hesab olunur. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

Məlumat verildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tamamilə bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözü isə milli ornamentlə yazılıb. Bulağın su təminatı da tam bərpa olunub. İsa bulağı Azərbaycanın, Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Görülən işlər İsa bulağının əvvəlki şöhrətinin qısa müddətdə bərpasına şərait yaradacaq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?