Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

 

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.

 

“Report”un xəbərinə görə, dekabrın 12-də Prezident İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

 

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

 

Azərbaycanın dövlət himni səsləndirilib.

 

Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?