Əsas Xəbərlər
13 Temmuz 2024

Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

By Admin Oca3,2024 #sondeqiqe

 

Prezident İlham Əliyev kubalı həmkarını təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev yanvarın 1-də kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

 

Bu barədə President.az xəbər verir.

 

Məktubda deyilir:

 

“Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

 

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?