Premyer Liqa: “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

 

“Report” xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

 

Görüşü Tural Qurbanov idarə edəcək. “Köhlən atlar” 29 xalla liderdir. “Qırmızı-qaralar” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

 

Azərbaycan Premyer Liqası

 

XV tur

 

19:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Tofiq Bəhramov adına Respublika Stadionu

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?