“PowerPoint”in baş tərtibatçısı Dennis Ostin vəfat edib

“PowerPoint”in baş tərtibatçısı Dennis Ostin 76 yaşında vəfat edib.

 

“Report” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

 

Qeyd olunub ki, o, sentyabrın 1-də Kaliforniyadakı evində dünyasını dəyişib. Ölümün səbəbi beyinə metastaz verən ağciyər xərçəngi olub.

 

Ostin proqramın yaradılması üzərində “Forethought” şirkətinin rəhbəri həmkarı Robert Qaskinslə birlikdə çalışıb. Əvvəlcə “Presenter” adlanan “PowerPoint”in ilk versiyası 1987-ci ildə buraxılıb. Buraxılışından bir neçə ay sonra “Microsoft” “Forethought”u 14 milyon dollara aldı.

 

“PowerPoint”, “Microsoft Office”in bir hissəsi olan və “Microsoft Windows” və “macOS” əməliyyat sistemləri üçün nəşrlərdə mövcud olan təqdimatların hazırlanması və onlara baxmaq üçün proqramdır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?