Polşa-Ukrayna sərhədində yük maşınları 150-200 saat növbə gözləyir

By Admin Kas24,2023

Polşa-Ukrayna sərhədində yük maşınlarının gözləmə müddəti 150-200 saat təşkil edir.

 

AZƏRTAC xəbər verir ki, PAP agentliyi bu barədə Polşa polisinin nümayəndəsi Yeva Çijə istinadla məlumat yayıb.

 

“Doroqusk” nəzarət-buraxılış məntəqəsində sərhədi keçmək üçün təxminən 800 yük maşını dayanıb. Orada gözləmə müddəti 200 saata yaxındır. Həmin keçid məntəqəsində ağır yük maşınlarından ibarət növbə 19 kilometr uzanır”, – deyə Yeva Çij bildirib.

 

Onun sözlərinə görə, “Qrebnoye” nəzarət-buraxılış məntəqəsində növbə yaşayış yerlərində boşluqlar nəzərə alınmaqla təxminən 48 kilometrdir. Sərhəddə 620 ağır yük maşını növbə gözləyir. Burada gözləmə müddəti isə təxminən 150 saatdır.

 

Polşanın yükdaşıma kompaniyaları noyabrın 6-dan başlayaraq Ukrayna ilə sərhədi bağlayıb. Onlar Avropa İttifaqının ukraynalı həmkarlarına verdiyi güzəştlərin ləğvini, əsasən də Ukraynanın yükdaşıma kompaniyaları üçün məcburi lisenziya prosedurunun bərpasını tələb edirlər. Nəqliyyat blokadası başlayandan bəri sərhəddə növbə gözləyən iki ukraynalı sürücü ölüb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?