“Polisəm, gələ bilmərəm, görüşməyimiz üçün üzük və şalını göndər…” – Bakıda şok olay

By Admin Ağu6,2023

Bakının Xətai rayonunda 1983-cü il təvəllüdlü Samir tanış olduğu Vəfaya (zərərçəkmişin adı şərti verilib – red.) qarşı dələduzluq edib.

 

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Samir Vəfa ilə evlənəcəyini, bunun üçün 1 ədəd şal, 4 manat pul və 10 qramdan az olmayan qızıl-zinət əşyaları verməsini, həmin əşyaları aldıqdan sonra molla kəbini kəsdirəcəyi adı ilə yalan vəd verib.

 

Samir 10 noyabr 2022-ci ildə Vəfadan 10 manat dəyərində şalı, 4 manat pulu, 1000 manat dəyərində üzüyü və 200 manat dəyərində qızıl boyunbağını alıb. Əə keçirdiyi qızılları ehtiyaclarına sərf edib. Vəfaya ümumilikdə 1214 manat maddi ziyan dəyib.

 

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vəfanı 2022-ci ilin oktyabrından Nigar adlı tanışının vasitəsilə tanıyıb:

 

“Vəfaya özümü polis əməkdaşı kimi təqdim etdim və Xətai rayon Polis İdarəsinin rəis müavini olduğumu bildirdim. Vəfa mənə inandı. Ondan evlənməyimiz üçün molla kəbini kəsdirməli olduğumuzu, bunun üçün isə 4 manat pul, bir ədəd şal, 3 qram qızıl-zinnət əşyası verməyini istədim. Guya həmin qızıl-zinyət əşyasını mollaya verərək kəbinimizi kəsdirəcəkdim.

 

Vəfa mənə inandı və deyilən qızıl-zinyət əşyasını, 4 manat pulu və şalı 2022-ci ilin noyabrın 10-da mənə göndərdi. Əşyaları Ukrayna dairəsində aldım. Qadına məxsus şalı zibil qabına atdım, 4 manat pulu və qızıl-zinnət əşyasını isə özümə götürdüm.

 

Qızıl-zinnət əşyasını 140 manata “Laçın” Ticarət Mərkəzində xatırlamadığım şəxsə satdım. Məqsədim qızıl-zinət əşyalarını ələ keçirmək idi”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib: “Bundan sonra isə Vəfa ilə əlaqələrimi tamamilə kəsdim. Vəfanın bacısı Vüsalə mənimlə əlaqə saxladı və qızılları qaytarmağımı tələb etdi. Lakin qızılı satıb pulunu xərclədiyim üçün onun pulunu qaytara bilmədim”.

Ətraflı

 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəfanın sözlərinə görə, özünü ona Xətai rayon Polis İdarəsinin rəis müavini adı ilə tanıdan Samiri əvvəllər tanımayıb:

 

“Həmin şəxsi iş yoldaşım Nigarın vasitəsi ilə tanımışam. Nigar mənə bir tanışının olduğunu, həmin tanışının evlənmək istədiyini, münasib xanım axtardığını, həmin şəxsin ailəsini yaxından tanıdığını dedi. Nigar xalanın da məni evlənmək üçün Samirə məsləhət etdiyini bildirdi. 2022-ci ilin oktyabrından etibarən Samirlə danışdım.

 

İlk tanışlıqda Samir mənə özünü polkovnik rütbəsində polis kimi təqdim etdi və Xətai rayon Polis İdarəsinin rəis müavini olduğunu, evlənmək istədiyini, müəyyən qədər danışdıqdan sonra evlənəcəyini, fikrinin ciddi olduğunu bildirdi. Samirin səmimi danışıqlarına inandım, onunla evlənəcəyimə qərar verdim”.

 

Zərərçəkmiş qeyd edib ki, Samiri canlı görmək istəyib: “Samir mənə dindar olduğunu dedi. Mənimlə görüşməyi haram saydığını, görüşmək üçün evlənməyimizi, kəbin kəsdirməyin lazım olduğunu dedi. Bunun üçün isə bir ədəd şal, 4 manat pul və 10 qramdan az olmayan qızıl-zinyət əşyaları verməli olduğumu, həmin əşyaları çatdırdıqdan sonra molla vasitəsi ilə kəbin kəsdirəcəyini bildirdi.

 

Onun səmimiyyətinə inandım və 10 manat dəyərində şalı, 4 manat pulu, 1000 manatlıq qızıl üzüyü, 200 manata qızıl boyunbağını 10 noyabr 2022-ci ildə “Bolt” taksi şirkəti ilə Samirə göndərdim. Həmin gündən Samiri axtarsam da, tapa bilmədim. Aldandığımı başa düşdüm. Bacım həmin şəxslə telefon vasitəsilə danışdı və mənə məxsus qızıl zinət əşyalarını, digər əşyaları qaytarmasını tələb etdi. Daha sonra polisə şikayət etdik”.

 

Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.

 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəyimiş ziyanı nəzərə alıb.

 

Bu səbəbdən Samirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

 

Milli.Az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?