Pirallahıda yanacaqdaşıyan avtomobildə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayışın baş verdiyi və məntəqə ərazisində yüksək yanğın təhlükəsinin yarandığı müəyyən olunub.

 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün yanğının qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanacaqdoldurma məntəqəsi yanğın təhlükəsindən qorunub.

 

Hadisə nəticəsində partlayış dalğasının təsirindən məntəqənin 1 ədəd yanacaq ötürən pompası yerindən çıxıb, yanacaqdaşıyan avtomobilin yanacaq çəninin lyuku yerindən çıxaraq yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının 10 kvadratmetr sahədə ondulindən ibarət dam hissəsi və tavanını dağıdıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?