Əsas Xəbərlər
13 Temmuz 2024

Pərviz Şahbazov: Britaniya Azərbaycanda ən böyük xarici investordur

By Admin Haz22,2023

Bakıda Britaniya Kralı III Çarlzın doğum günü qeyd olunub.

APA xəbər verir ki, mərasimdə Azərbaycan dilində çıxış edən Britaniya səfiri bildirib ki, artıq o, Bakıda fəaliyyətinin birinci ilini tamamlayır.

Səfir bildirib ki, bu günlərdə Ceyhun Bayramov Azərbaycan XİN rəhbəri kimi Londona ilk səfərini edərək Britaniya və Azərbaycan arasında beşinci strateji dialoqda iştirak edib.

Diplomat iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığı vurğulayaraq deyib ki, dövlət proqramı çərçivəsində 170-dən çox azərbaycanlı tələb Britaniyanın 35 univesitetində təhsil alır.

Britaniyalı səfir münasibətlərdə qarşılıqlı səfərləri də vurğulayıb, Böyük Britaniya Baş nazirnin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun may ayında Azərbaycana 9-cu səfərini xatırladıb.

“Ötən il Britaniya səfirliyi Britaniya şirkətlərinə Azərbaycanda qeyri-enerji sektorunda 200 milyon funtsetrlinq dəyərində sövdələşmələr etməsinə kömək edib ki, bu, kənd təssərüfatı texnologiyalar, minalardan təmizlənmə və s. sahələri əhatə edir.

Bu il Britaniyanın Azərbaycana minatəmizlımə sahəsində yardımı (indiyə qədər olan) 1 milyon funt sterlinqi keçib, Azərbaycandan 22 hərbçi britaniyalı trenerlərin keçdiyi təlimlərdə iştirak edib”.

Səfir Ould deyib ki, Britaniya Azərbaycanın Qadınlar, Sülh və Təhülkəsizlik bağlı Milli Fəaliyyət Planının qəbulunu səbirsizliklə gözləyir.

Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib.

“Azərbaycan və Britaniya arasında münasibətlər qarşılıqlı inama, etimada, strateji tərəfdaşlığa əsaslanır və ölklərimiz dost ölkələrdir.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Britaniya münasibətlərimizin şaxələndirilməsinə önəm veririk.

Britaniya Azərbaycanda 34 milyard sərmayə ilə ən böyük xarici investordur.

Bu il ölkələrimiz arasında ticarət dövriyyəsi 55 faizi ötüb.

Ölklərimiz arasında enerji sahəsində uzunmüddətli səmərəli tərəfdaşlıq mövcuddur.

Biz yaşıl enerjiyə keçid istiqamətində BP ilə işləyirik və bu əməkdaşlıq məmnunluq doğurur.Britaniya şirkətləri azad olunan torpaqlarımızda minalardan təmizləmə və şəhər planlaşdırmasında işləyir, bizlə əməkdaşlıq edir. Ölklərimiz arasında yaxın zamanda Tərəfdaşlıq və Əməkdaşlıq sazişinin imzalanması vacibdir”, nazir vurğulayıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?