OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını təqdim edib

By Admin Haz3,2023

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edib. OPPO təmsilçisinin verdiyi məlumata əsasən sözügedən MR cihaz kommersiya məqsədli məhsul olmaq mərhələsindən hələ çox uzaqdır. Buna görə də sözügedən MR cihaz şirkət tərəfindən gəlir əldə etmək üçün deyil, digər məqsədlər üçün istifadə ediləcək. OPPO MR Glass Developer Edition tətbiq tərtibatçıları üçün hazırlanıb. OPPO güman edir ki, tərtibatçılar bu cihaz vasitəsilə keyfiyyətli tətbiqlər yarada biləcəklər. Bununla yanaşı şirkət ümid edir ki, MR cihazın adi istifadəçilər üçün nəzərdə tutulmuş versiyasının satışa çıxmasına az müddət qalmış həmin keyfiyyətli tətbiqlərin sayı olduqca çox olacaq.  Məlumatda qeyd edilib ki, OPPO MR Glass Developer Edition cihazı Qualcomm şirkətinin Snapdragon XR2 Plus adlı prosessoru vasitəsilə çalışır. Bununla yanaşı MR cihazın ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyirlər. OPPO bildirib ki, MR cihaz ürək döyüntülərini ölçə bilir və üstəlik SUPERVOOC adlı sürətli şarj texnologiyasını dəstəkləyir. OPPO MR Glass Developer Edition tətbiq tərtibatçıları üçün bu ilin ikinci yarısında istifadəyə veriləcək və o özündə əlavə olaraq iki ədəd idarəetmə təchizatını birləşdirəcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?