“OPEC+” ölkələri üçün 2023-cü ildə neft hasilatı proqnozu bir qədər artırılıb

By Admin Ağu10,2023

Bu il “OPEC+” ölkələrində neft hasilatı gündəlik 1,5 milyon barel artacağı proqnozlaşdırılıb.

“Report” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) avqust hesabatına istinadən xəbər verir ki, ümumi hasilat sutkada 67,3 milyon barel səviyyəsində gözlənilir.

Təşkilat proqnoza yenidən baxılmasını Kanada, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricilərin azalması ilə əlaqələndirir. Bu isə Rusiya və ABŞ üçün proqnoz göstəricisinin artımı ilə kompensasiya edilir.

Ötən ay “OPEC+” ölkələrində neft hasilatının sutkada 1,4 milyon barel artaraq gündəlik 67,1 milyon barel olacağı proqnozlaşdırılırdı.

2023-cü ildə neft hasilatı artımının hərəkətverici qüvvəsi əsasən ABŞ, Norveç, Braziliya, Kanada, Qazaxıstan, Çin və Qayana olacaq. Eyni zamanda, OPEC-in hesabatında ilin qalan dövründə ABŞ-da şist neft hasilatı potensialı və planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyi vurğulanıb.

“2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə sutkada 1,4 milyon barel artacağı və ötən aydakı proqnozla müqayisədə gündəlik orta hesabla 68,7 milyon barel olacağı gözlənilir”, – hesabatda bildirilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?