Əsas Xəbərlər
13 Temmuz 2024

“Olimp-Hospital”ın baş direktoru cərimələnir – Lisenziyadan kənar tibb fəaliyyət aşkarlanıb

By Admin Şub16,2024

“Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

 

Qaynarinfo-nun məlumatına görə, hospital barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.

 

İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun icraatındadır.

 

Qeyd edək ki, “Olimp-Hospital” MMC qanuni təmsilçisi və baş direktoru Şükürov Samir Dünyamalı oğludur. Samir Şükürov “HB Güvən Klinika”da baş həkim, “EGE Hospital”da baş direktoru olub, 2021-ci ildən isə “Olimp-Hospital”ın baş direktorudur.

“Olimp-Hospital”ın baş direktoru cərimələnir – Lisenziyadan kənar tibb fəaliyyət aşkarlanıb

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?