Oğul atasının başını kəsdi – Dəhşətli qətlin təfərrüatı

By Admin Tem7,2024

 Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatını News24.az əldə edib. Belə ki, dəhşətli hadisə ata ilə oğul arasında şəxsi münasibətlər zəminində baş verib. Atasını qətlə yetirməkdə şübhəli bilinən Rabil Ağayevin narkoman olduğu bildirilir. O, atasını təxminən bir həftə öncə evdən qovubmuş və evə gələrsə, öldürəcəyini bildiribmiş.

Bu gün Ramiz Ağayev evə geri dönüb və günorta saatlarında həyatyanı sahələrində iribuynuzlu heyvanlarına su verirmiş. Elə bu zaman oğlu arxadan ona yaxınlaşaraq, şüşə parçası ilə atasının boyun nahiyyəsinə ölümcül zərbələr (başını kəsib) endirib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Rabil Ramiz oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə, Rabil Ağayev polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə gülə-gülə minib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?