Nizami İmranov: “Erməni idmançıya qalib gələndə ikiqat sevindim”

By Admin Eyl9,2023

“Erməni idmançıya qalib gələndə ikiqat sevindim”.

Bu sözləri “Report”a Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Nizami İmranov bildirib.

İdmançı məşqçilərinə, federasiya rəhbərliyinə təşəkkür edib: “Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Yarışın ilk günündə Azərbaycan yığma komandasının 7 üzvü medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib.

Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb. Aydın Rzayev çempionatın gümüş, Aydan Vəliyeva isə bürünc medalına sahib olub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?